Jared Kuşner İsrailin baş naziri ilə görüşdü

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın kürəkəni və baş məsləhətçisi Jared Kuşner 31 iyulda Yaxın Şərq səfərinə başladı. Kuşner həmin səfəri çərçivəsində İsrail baş naziri Binyamin Netanyahu ilə görüşdü.

1245865
Jared Kuşner İsrailin baş naziri ilə görüşdü

  Baş nazir Binyamin Netanyahu ilə ABŞ prezidenti Trampın maş məsləhətçisi Jared Kuşner arasında Qərbi Qüdsdə baş tutan görüş haqqında ətraflı məlumat verilməyib.

Qeyd edək ki, J.Kuşner Yaxın Şərq ölkələrinə səfəri çərçivəsində əvvəlcə İordaniyada Kral Abdullah ilə görüşüb. İsraildən sonra Kuşnerin Mərakeş, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfəri gözlənir.



Әlaqәli Xәbәrlәr