İspaniyanın ABŞ-ın Hörmüz boğazındakı birgə missiya təklifini qəbul etmədiyi iddia edildi

Amerika Birləşmiş Ştatlarının İran üərində maksimum təzyiq yaratmaq üçün Hörmüz boğazına göndərmək istədiyi ortaq hərbi dəniz qüvvəsi missiyasına İspaniyanın daxil olmayacağı iddia edildi.

1246377

 İspaniya qəzeti "El Confidencial"da diplomatik mənbələrə əsaslandırdırlaraq dərc olunan xəbərdə İspaniyanın Hörmüz boğazında birgə  missiyaya qoşulmaq üçün ABŞ-ın rəsmi təklifini rədd etdiyi yazıldı.
 
Hörmüz boğazında birgə missiya üçün ABŞ-dan rəsmi təklif aldıqlarını təsdiqləyən İspaniya diplomatik mənbələri: "Hələlik ABŞ-ın liderlik etdiyi bir missiyada iştirak etmək kimi bir niyyətimiz yoxdur" deyə bildiriblər.
 
 Xəbərdə Almaniya kimi İspaniyanın da ABŞ-ın Hörmüz boğazındakı birgə missiya təklifini rədd etdiyi, Fransanın isə hələ də bu təklifi dəyərləndirdiyi irəli sürülür.
 
 Almaniya xarici işlər naziri Heiko Maas Polşanın paytaxtı Varşavada verdiyi açıqlamada: "ABŞ tərəfindən təqdim olunan və planlaşdırılan missiyada Almaniya hökuməti iştirak etməyəcək" demişdi.
 
 İspaniya ABŞ-ın İrana təzyiq etmək üçün "USS Abraham Lincoln" təyyarə gəmisinin liderliyində Orta Şərqə göndərilən Döyüş Qrupundakı freqatı- "Mendez Nunez"i 14 may tarixində Hörmüz boğazına doğru istiqamət götürən zaman geri çəkmişdi.
 
 Müdafiə naziri  Marqarita Robles may ayında qəbul etdikləri qərar barəsində: "Siyasi deyil, texniki bir qərardır" ifadəsini işlətmişdi.

Әlaqәli Xәbәrlәr