ABŞ-Taliban danışıqları müsbət nəticələnə bilər

Amerika Birləşmiş Ştatları ilə danışıqlar aparan Talibanın Qətərdəki siyasi bürosunun sözçüsü Süheyl Şahin danışıqların növbəti mərhələsində ABŞ -la  razılaşma əldə oluna biləcəyini söylədi.

1246265

 Qətərin paytaxtı Dohada mətbuat nümayəndələrinə açıqlamalar verən Şahin: "Sülh  görüşlərində son mərhələ əldə olunub. Bir həftədən sonra  ABŞ rəsmiləri ilə aparılacaq danışıqlarda bu ölkənin Əfqanıstandan necə və nə vaxt çıxacağı barədə razılığa gələcəyimizə ümid edirik" dedi.
 
 İki tərəf arasında intensiv danışıqların davam etdiyini bildirən Şahin zorakılıq və qarşıdurmaların dayandırılmasına dair razılaşmanın imzalanmasının planlaşdırıldığını ifadə etdi.
 
 ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad da ötən gün "Twitter" hesabından bölüşdüyü ismarışında razılıq əldə etmə ehtimalından bəhs etmişdi.
 
Xəlilzad: "Əgər Dohada Taliban öz payına düşəni etsə, biz də öz üzərimizə düşəni edəcəyik. Beləliklə, aylarla üzərində işlədiyimiz razılaşmanı başa çatdırarıq" ifadələrini işlətmişdi.

Әlaqәli Xәbәrlәr