ABŞ-ın Fələstin siyasəti

Amerika Birləşmiş Ştatlarının Fələstin dövləti deyil, Fələstin muxtar rəhbərliyi fikrini dəstəklədiyi bildirildi.

1245854
ABŞ-ın Fələstin siyasəti

 

 ABŞ-ın Tel-Əvivdəki səfiri Devid Fridman (David Friedman) CNN kanalına verdiyi müsahibədə: " Biz muxtar və sivil Fələstin rəhbərliyi fikrinin tərəfdarıyıq. Fələstində muxtariyyətin İsrailin təhlükəsizliyinə toxunduğu məqama qədər genişləndirilməsinin tərəfdarıyıq" dedi.

 "Əsrin müqaviləsi"nin detallarının bu il ərzində açıqlana biləcəyini dilə gətirən Fridman  birdövlətli həll variantı ilə əlaqədar: "İsraildə heç bir səlahiyyətli şəxsin birdövlətli həll yolunu istədiyini zənn etmirəm" ifadələrini işlətdi.

 Fridman ABŞ-ın planının ikidövlətli həllə əsaslanıb-əsaslanmaması barəsində isə bunları söylədi: " Biz bu ifadədən istifadə etməmişik. Bizim problemimiz ilk növbədə dövlət barəsində qərar qəbul etməkdir. Çünki "dövlət" sözü bir sıra potensial problemləri ehtiva edir. Fələstinin muxtariyyətinin bütün haqq və məhdudiyyətləri tam olaraq müəyyən olunana qədər bu sözdən istifadə etmənin bizə zərəri olacağını düşünürük".



Әlaqәli Xәbәrlәr