ABŞ-ın BMT-dәki yeni daimi nümayәndәsinin adı bәlli oldu

Amerika Birlәşmiş Ştatlarının BMT-dәki daimi nümayәndәsi postuna Kelli Kraft tәyin olunub.

1245960
ABŞ-ın BMT-dәki yeni daimi nümayәndәsinin adı bәlli oldu

 

Amerika Birlәşmiş Ştatlarının BMT-dәki daimi nümayәndәsi postuna Kelli Kraft tәyin olunub.

Mәlumata görә, ABŞ senatı Kelli Kraftın namizәdliyini tәsdiq edib. Senatda keçirilәn sәsvermәdә Kelli Kraftı lehinә 56, әleyhinә isә 34 senat üzvu sәs verib.

Kelli Kraftın әn qısa zamanda and içәrәk vәzifәsinin icrasına başlayacağı bildirilib.

Qeyd edәk ki, Amerika Birlәşmiş Ştatlarının BMT-dәki keçmiş daimi nümayәndәsi Nikki Haley oktyabr ayında istefa verәcәyini açıqlamısdı.

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ABŞ-ın  Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi postuna  ABŞ-ın Kanadadakı səfiri Kelli Nayt Kraftı (Kelly Knight Craft) namizəd olaraq göstərmişdi.



Әlaqәli Xәbәrlәr