ABŞ-da qaz kəmərində partlayış olub

ABŞ-ın Texas ştatında neft şirkəti “Exxonmobil”ə məxsus qaz kəmərininin partlaması nəticəsində 66 nəfərin xəsarət aldığı bildirilib.

1246227
ABŞ-da qaz kəmərində partlayış olub

ABŞ-ın Texas ştatında neft şirkəti “Exxonmobil”ə məxsus qaz kəmərininin partlaması nəticəsində 66 nəfər xəsarət alıb.

Bununla bağlı məlumatı CNN telekanalı yayıb.

Səlahiyyətlilər ölüm riski olmayan yaralı insanların müalicələrindən sonra xəstəxanadan çıxarıldıqlarını bildiriblər.

Şəhər rəsmiləri sosial media vasitəsilə yaydıqları bəyanatlarda zəhərli qazların havaya qarışma ehtimalına qarşı bölgə sakinlərinə təhküləsiz yerlərdə qalmaları barədə edilən xəbərdarlığın narahatlığa səbəb olacaq hər hansı çirklənmənin aşkarlanmaması nəticəsində ləğv olunduğunu qeyd ediblər.

Hadisənin səbəblərinin araşdırdıldığı açıqlanıb.



Әlaqәli Xәbәrlәr