Okeanda çarəsiz qalan gəmi xilas edildi

Qərbi Afrika ölkəsi olan Kamerunun cənubunda yerləşən Kribi şəhərinin yaxınında Atlantik okeanında çarəsiz qalan və göyərtəsində 106 immiqrant olan gəmi xilas edildi.

1245594
Okeanda çarəsiz qalan gəmi xilas edildi

Yerli mətbuatın məlumatına görə Benin bayrağı daşıyan gəmi, batma təhlükəsi ilə qarşı-qarşıya qaldığı əsnada dəniz qüvvələri və yaxındakı Ebodge qəsəbəsi sakinləri tərəfindən xilas edildi.

Adının açıqlanmasını istəməyən ordu rəsmisi, insan qaçaqmalçılara məxsus gəminin göyərtəsində Afrika ölkələri Toqo, Benin, Nigeriya və Qanadan olmaqla 106 adam olub. Səlahiyyətli, yanacağı tükənə gəminin batarkən xilas edildiyini, hadisədə yaralanan və ya ölən olmadığını bildirib. Xilas edilmiş immiqrantlar isə sərhəddəki Kampo şəhərinə göndərilib.



Әlaqәli Xәbәrlәr