İran və Rusiyanın hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcəklər

İran Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Hüseyn Xanzadə Rusiya ilə Hörmüz körfəzi və Hörmüz boğazında birgə təlimlər təşkil edəcəklərini bildirdi.

1244674
İran və Rusiyanın hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcəklər

 İran Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Hüseyn Xanzadə Rusiya Hərbi Dəniz Qüvvələri Günü münasibətilə təşkil edilən mərasimlərdə iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər etdi.

 Xanzadə burada İranın rəsmi xəbər agentliyi IRNA-ya açıqlamalar verdi.

 İran komandanl İran ilə Rusiyanın hərbi əməkdaşlığa dair müqavilə  imzaladıqlarını bildirərək: "İran ilə Rusiyanın Hərbi Dəniz Qüvvələri Hind okeanı, Hörmüz körfəzi və Hörmüz boğazında birgə təlimlər keçirəcəklər" dedi.

 Xanzadə birgə hərbi təlimlərin bu ilin sonuna qədər həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd etdi.

 



Әlaqәli Xәbәrlәr