İnsan ticarətinin ən böyük qurbanları kimlərdir?

Qurbanların 59 faizi cinsi istismara, 34 faizi isə məcburi işləməyə məruz qalır.

1244333
İnsan ticarətinin ən böyük qurbanları kimlərdir?

  Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotika və Cinayətkarlıq üzrə Mərkəzinin "İnsan alveri 2018 qlobal hesabatı"na görə, dünya üzrə insan alveri qurbanlarının 49 faizi qadınlar, 23 faizi qız uşaqları, 21 faizi kişilər və 7 faizi oğlan uşaqlarıdır.

  Qurbanların 59 faizi cinsi istismara, 34 faizi isə məcburi işləməyə məruz qalır.

  Hesabata görə, son 15 ildə dünya üzrə aşkar edilən insan alveri hadisələrində qız uşaqları və qadınlar ümumi qurbanların 70 faizini təşkil edir.

  2016-cı ildə qurban qadınların 83 faizi cinsi, 13 faizi məcburi işlədilmə, kişilərin 82 faizi zorla çalışdırılma, 10 fazi cinsi, 1 faizi isə orqan mafiyası istismarına məruz qalıb.

  Qız uşaqlarının 72 faizi cinsi, 21 faizi məcburi çalışdırılma, oğlan uşaqlarının isə 50 faizi məcburi işlədilmə və 27 faizi cinsi istismara uğrayıb.

  Cinsi istismarın ən çox rast gəlindiyi yerlərin başında 87 faizlə Mərkəzi Amerika və Karib hövzəsi, 71 faizlə Şimali Amerika, 70 faizlə Cənub-Şərqi Avropa, ən az olduğu ölkələr isə 18 faizlə Şərqi Afrika və 28 faizlə Şimali Afrikadır.

  Məcburi çalışdırma ilə bağlı bölgələrin başında 83 faizlə Cənubi Afrika, 82 faizlə Şərqi Afrika, 66 faizlə Körfəz ölkələri gəlir.



Әlaqәli Xәbәrlәr