Əfqanıstanda vitse-prezidentliyə namizədin ofisinə silahlı basqın olub

Əfqanıstan vitse-prezidentliyinə namizədlərdən biri Əmrullah Salehin Kabildəki ofisinə hücum edən naməlum şəxslərlə atışma zamanı azı 20 nəfər ölüb, 50 nəfər də yaralanıb.

1244248
Əfqanıstanda vitse-prezidentliyə namizədin ofisinə silahlı basqın olub

Əfqanıstan vitse-prezidentliyinə namizədlərdən biri Əmrullah Salehin Kabildəki ofisinə hücum edən naməlum şəxslərlə atışma zamanı azı 20 nəfər ölüb, 50 nəfər də yaralanıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə,  Salehin və başçılıq etdiyi Milli Hərəkatın qərargahı yaxınlığında əvvəlcə avtomobil partladılıb, daha sonra azı dörd yaraqlı binanı atəşə tutaraq içəri girib.

Partlayış anında təqribən yüzədək tərəfdarı ilə binada olan Salehin yaralandığı, daha sonra da təxliyyə olduğu bildirilir.

Hücumun məsuliyyətini hələ də üzərinə götürən olmayıb.

Hücumdan sonra yaranan qarşıdurmada təhlükəsizlik qüvvələri silahlılardan üç nəfəri öldürmüşdü.

Prezident Əşrəf Qani “Twitter” hesabında yer tutan paylaşımında Salehin vəziyyətinin yaxşı olduğunu elan etmişdi.

Ölkədə 28 sentyabrda keçiriləcək prezident seçkilərində kampaniya prosesi dünən rəsmi olaraq start götürdü.

Digər tərəfdən Türkiyə Kabildəki seçki ofisinə edilən silahlı və bombalı hücumu qınadı.

Xarici İşlər Nazirliyinin açıqlamasında həmin terror hücumunda ən azı 20 nəfərin həyatını itirməsinin, vitse-prezident namizədi daxil bir çox insanın yaralanmasının dərin kədərlə öyrənildiyi bildirilib.

Əfqan xalqının demokratik haqlarını hədəf alan bu xain terror aktının qınandığı vurğulanan açıqlamada deyilib:

“Hücumda həyatını itirənlərə Allahdan rəhbət, dost və Əfqanıstan hökumətinə və qardaş əfqan xalqına başsağlığı, yaralananlara şəfa diləyirik. Əfqanıstanda prezidentlik seçki prosesinin dinclik və təhlükəsiz şəraitdə keçirilməsini azru edirik”.



Әlaqәli Xәbәrlәr