Avropa İttifaqı ABŞ-ın edam qərarına qarşı çıxdı

Aİ Komissiyasından verilən açıqlamada bildirilir...

1243387
Avropa İttifaqı ABŞ-ın edam qərarına qarşı çıxdı

  Avropa İttifaqı Amerika Birləşmiş Ştatlarının “ölüm hökmü alanların edam olunacağı qərarı”na qarşı çıxdı.

  Aİ Komissiyasından verilən açıqlamada bildirilir: “ABŞ-ın 2003-cü ildən bu yana edam cəzası alan məhkumların edamına yenidən başlaması qərarı həm ABŞ, həm də dünyada ölüm cəzasını aradan qaldırma prosesindəki artımla ziddiyyət təşkil edir.  

  Ölüm cəzası İnsan Haqqları Universal Bəyannaməsinə ziddir.

  Aİ ölüm cəzasına qarşı çıxır və dünya miqyasında bunun aradan qaldırılması üçün çalışmalara davam edir və edəcək".  

  Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi federal hökumətin 2003-ci ildən bu yana ilk dəfə olaraq edam cəzası alan məhkumların edamına yenidən başlayacağını bildirib.  



Әlaqәli Xәbәrlәr