ABŞ və Qvatemala "Etibarlı üçüncü ölkə" sazişi imzaladılar

Bir neçə aydır davam edən danışıqlardan sonra iki ölkə bu müqaviləni imzaladı.

1243487
ABŞ və Qvatemala "Etibarlı üçüncü ölkə" sazişi imzaladılar

  Amerika Birləşmiş Ştatları ilə Qvatemala Mərkəzi Amerikadan ABŞ-a pənah gətirənlərin sayının azaldılması ilə bağlı müqavilə imzaladılar.

  Bir neçə aydır davam edən danışıqlardan sonra iki ölkə Salvador və Honduras, o cümlədən Orta Amerikadan ABŞ-a mühacirət etmək üçün Qvatemaladan keçən adamların burada qalmasını nəzərdə tutan "Etibarlı üçüncü ölkə" sazişi imzaladı.

  ABŞ prezidenti Donald Tramp verdiyi açıqlamada müqavilənin qaçqınların təhlükəsizliyini təmin edəcəyini və insan qaçaqmalçı problemini dövrədən çıxaracağını söyləyib.

  Müqavilədə ABŞ-a pənah gətirənlərin sayının azaldılacağı bildirilsə də, tətbiq formasının ayrıntıları paylaşılamyıb. Sazişin qüvvəyə minməsi üçün Qvatemala parlamentində təsdiq olunmalıdır.

  Qeyd edək ki, 24 iyulda D.Tramp Qvatemala razılığa gəlməzsə, bu ölkəyə gömrük vergisi qoyacağı ilə təhdid etmişdi.



Әlaqәli Xәbәrlәr