İraqda spirtli içkilər qəbul edən ABŞ hərbçiləri ölkələrinə göndərildilər

ABŞ Donanması Xüsusi Qüvvələrinin İraqda xidmət edən hərbçilərinin vəzifə başında spirtli içkilərdən istifadə etmələri səbəbindən ölkələrinə göndərildikləri bildirildi.

1242724

ABŞ Xüsusi Qüvvələr Komandanlığının (SOCOM) məsələyə dair verdiyi yazılı açıqlamada xüsusi qüvvələr komandiri, general mayor Erik Hillin İraqda ona tabe olan batalyona Kaliforniya ştatının San Dieqo şəhərindəki mərkəzə dönmələri ilə bağlı əmr verdiyi qeyd edilir.

Hərbçilər hərbi əməliyyatdan kənar vaxtlarda çox miqdarda spirtli içki qəbul edərək batalyonun nizam və intizamını pozduqları üçün belə bir əmrin verildiyi ifadə olunan açıqlamada deyilir: "Hərbi komandanın xidmətini uğurla başa vuracağına dair inam itmişdir.  Müdafiə Nazirliyinin şəxsi heyəti müəyyən olunan standartlara və qaydalara riayət etmək məsuliyyəti daşıyır. Komandirlər hazırda batalyonunun geri göndərilməsindən sonra ortaya çıxa biləcək operativ boşluqları doldurmağa çalışırlar".

 Açıqlamada rütbələri və sayları açıqlanmayan hərbçilərin hərbi tribunala verilib-verilməyəcəyinə dair məlumat yoxdur.

Әlaqәli Xәbәrlәr