İnsan alveri qurbanları kimlərdir?
Birləşmiş Millətlər Təşkilatının Narkotika və Cinayətkarlıqla Mübarizə Mərkəzinin (UNODC) yazılı məlumatını paylaşan Yuri Fedotov bildirib...

Dünya üzrə aşkar edilən insan alveri qurbanlarının təxminən dörddə üçünü qadınlar, 30 faizini isə uşaqlar təşkil edir.
Birləşmiş Millətlər Təşkilatının Narkotika və Cinayətkarlıqla Mübarizə Mərkəzinin (UNODC) yazılı məlumatını paylaşan Yuri Fedotov bildirib:
“İnsan alverinə bütün ölkələrdə təsadüf edilir. Amma qanunvericiliyin zəif olduğu yerlərdə bu cinayətlərə daha çox rast gəlinir.
Humanitar böhran və münaqişələr adam tacirlərinə müdafiəsiz insanları asanlıqla ovlamağa şərait yaradır.
İnsan ticarəti haqqında son qlobal hesabata görə, dünya üzrə müəyyən edilən bu qurbanların təxminən dörddə üçü qadınlar, 30 faizi isə uşaqlardır.
Təkcə 2003-2016-cı illər arasında 225 min insan ticarəti qurbanı müəyyən edilib və hələ köməyə ehtiyacı olan nə qədər gizli qurban var".
Әlaqәli Xәbәrlәr

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir
Dünya miqyasında yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 510 min 810-u keçib.