İndoneziyada vulkan  püskürdü

İndoneziyanın Qərbi Java şatatının  Bandunq  şəhərində   yerləşən  Tanqkuban Perahu  vulkanı püskürdü.

1243234
İndoneziyada vulkan  püskürdü

İndoneziya  mətbuatının  çatdırdığı   məlumata  görə  Bandunqun şimalındakı vulkan bu gün yerli vaxtla 15.48-də püskürdü. Təxminən 5.5 dəqiqə davam edən partlayışlardan sonra  püskürülən  kül və  lava  200 metr yüksəkliyə  qədər  yayıldı.

Milli  Fəlakətlərin İdarə Edilməsi üzrə Agentlik partlayışın yaxınlığında yerləşən turizm ərazilərinin müvəqqəti boşaldıldığını və vulkanın hərəkətlilik vəziyyətinin tədqiq  edildiyini  bildirib.

 

                                      



Әlaqәli Xәbәrlәr