ABŞ edam cəzalarının icra ediləcəyini açıqladı

2003-cü ildən bu yana ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ədliyyə Nazirliyi ölüm hökmü verilən məhkumların edam cəzasının icra ediləcəyini bildirdi.

1242654
ABŞ edam cəzalarının icra ediləcəyini açıqladı

  2003-cü ildən bu yana ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ədliyyə Nazirliyi ölüm hökmü verilən məhkumların edam cəzasının icra ediləcəyini açıqlayıb.

  Ədliyyə Nazirliyindən verilən və ədliyyə naziri Uilyam Barrın (William Barr) sözlərinə istinad edilən məlumatda yazılır:

  “Edam siyahısında olan və uşaq öldürmək maddəsilə təqsirli bilinən 5 məhkum üçün Federal Cəza İcra Qurumlarına tapşırıq göndərildi. Hökmlər dekabr ayından etibarən 6 həftə ərzində icra ediləcək.

  Ümumiyyətlə, edam siyahısında olan 62 məhkumun da ölüm hökmləri icra olunacaq.”

  Birləşmiş Millətlər Təşkilatı Baş Katibliyinin sözcüsü Farhan Haq ABŞ-ın bəzi ştatlarının federal məhkəmlərinin qəbul etdiyi edam cəzalarının tətbiqinə reaksiya göstərərək bildirib: “Dünyanın harasında olursa olsun, BMT ölüm cəzasının tətbiqinə qarşıdır və bütün ölkələr edamları həyata keçirməyə qəti şəkildə son qoymalıdır”.

  Qeyd edək ki, ABŞ-ın hal-hazırda 29 ştatında edam cəzası tətbiq olunur və federal qanunlara görə, ölümlər "pentobarbital" adlı zəhərli iynə vasitəsilə icra edilir.

  Xatırladaq ki, Amerikada federal məhkəmələr ölüm cəzası verməyə davam etsə də, 2003-cü ildən edamlar icra olunmurdu.



Әlaqәli Xәbәrlәr