Tramp Türkiyəyə sanksiya tətbiq etmək istəmədiyini bəyan edib

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın ötən gün respublikaçı senatorlarla Ağ Evdə keçirdiyi iclasda Türkiyəyə qarşı sanksiya tətbiq etmək istəmədiyini ifadə etdiyi bildirildi.

1241919
Tramp Türkiyəyə sanksiya tətbiq etmək istəmədiyini bəyan edib

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın ötən gün respublikaçı senatorlarla Ağ Evdə keçirdiyi iclasda Türkiyəyə qarşı sanksiya tətbiq etmək istəmədiyini ifadə etdiyi bildirildi.

 ABŞ-ın CNN kanalında  toplantıda iştirak edən 2 respublikaçı senatorun məlumatlarına əsaslanaraq  "Tramp respublikaçı senatorlara Rusiyadan silah almasına görə Türkiyəyə sanksiya tətbiq etmək istəmədiyini söylədi" başlığı ilə yayımlanan xəbərdə mətbuata qapalı keçirilən iclasın 70 dəqiqə davam etdiyi bildirildi.

 Xəbərə görə, Tramp iclasda Türkiyəyə mümkün sanksiyalar məsələsində konkret və spesifik şərhlər verməyib, məsələ ilə bağlı ümumi fikir bildirib.

 Senatorların "ABŞ-ın Düşmənləri ilə Sanksiyalar Yolu İlə Mübarizə Qanunu" (CAATSA) kontekstində Türkiyəyə sanksiya tətbiq edilməsinin zəruriliyini, lakin Türkiyənin NATO üzvü olmasının vəziyyəti mürəkkəbləşdirdiyini ifadə etdikləri qeyd edildi.

  Xəbərə görə, Tramp rəhbərliyin qəbul etmək məcburiyyətində qaldığı F-35 qərarına görə sabiq prezident Barak Obama rəhbərliyini bir də günahlandıraraq: "Hələ də Türkiyəyə F-35 təyyarələrini sata bilmək imkanının olmasını istərdim" deyib.

 Tramp özündən əvvəlki rəhbərliyin səhvlərinə diqqət çəkərək Türkiyəyə S-400-lərə görə sanksiya tətbiq etmək istəmədiyini söyləyib.

 "Vaşinqton Post"  qəzetində də mövzu ilə bağlı yazı dərc olundu.

Yazlda Trampın NATO müttəfiqi olan Türkiyəyə "ABŞ-ın Düşmənləri ilə Sanksiyalar Yolu İlə Mübarizə Qanunu" çərçivəsində sanksiyaların  tətbiqinə qarşı çıxdığı qeyd edilir.

 

 



Әlaqәli Xәbәrlәr