Tramp layihəyə üçüncü dəfə veto qoydu

ABŞ prezidenti Donlad Tramp Yəməndə dinc vətəndaşların ölüm hallarına görə ölkəsinin Səudiyyə Ərəbistanına planlaşdırdığı silah satışına mane olmağı nəzərdə tutan layihəyə üçüncü dəfə veto qoydu.

1242295
Tramp layihəyə üçüncü dəfə veto qoydu

ABŞ prezidenti Donald Tramp Yəməndə dinc vətəndaşların ölüm hallarına görə ölkəsinin Səudiyyə Ərəbistanına planlaşdırdığı silah satışına mane olmağı nəzərdə tutan layihəyə üçüncü dəfə veto qoydu.

Sözügedən layihəni “səhv düşünülmüş və zaman sərf edən” təşəbbüs kimi qiymətləndirən Tramp veto qərarına dair verdiyi yazılı açıqlamada bildirdi ki, layihə ABş-ın qlobal rəqabət qabiliyyətini zəiflədəcək. Ölkəmin Orta Şərqdəki müttəfiqlərilə qurduğu əlaqələrə zərər verəcək. ABŞ Yəməndəki dinc vətəndaşların ölüm hallarından dərin narahatlıq duyur və hərbin başa çatması üçün cəhd göstərir. Konqresi Yəməndəki problemləri müzakirə yolu ilə həll etmə cəhdlərinə dəstək olmağa çağırıram.

Keçən həftə həmin layihəni üçüncü dəfə qəbul etdirərək Ağ Evə göndərən Nümayəndələr Palatasının Trampın üçüncü vətosundan sonra yenidən baş məclisə təqdim edərək daha bir yeni səsvermə keçirməsi lazımdır.

Ancaq Trampın veto haqqını etibarsız etmək üçün 450 cəmi səsin ən az 300-nü əldə etməsi lazım gələn Nümayəndələr Palatasının bu saya çatması çətin görünür.



Әlaqәli Xәbәrlәr