Mark Esper rəsmən ABŞ-ın müdafiə naziri oldu

Mark Esper bu gündən etibarən rəsmən ABŞ-ın yeni müdafiə naziri oldu.

1241133
Mark Esper rəsmən ABŞ-ın müdafiə naziri oldu

ABŞ Konqresinin Senatı Mark Esperin müdafiə naziri postuna namizədliyini təsdiq etdi.

Esperin namizədliyini 90 senator dəstəkləyib, 8-i əleyhinə səs verdi.

Mark Esper bu gündən etibarən rəsmən ABŞ-ın yeni müdafiə naziri oldu.

Bu barədə Ağ evin məlumatında deyilir.

Mark Esper çərşənbə bu gün onun namizədliyini irəli sürən ABŞ prezidenti Donald Trampın iştirakı ilə and içdi.

Qeyd edək ki, iyunda ABŞ prezidenti Donald Tramp indiyədək "Raytheon" şirkətində lobbiçi işləyən Mark Esperi müdafiə naziri təyin etmək niyyətində olduğunu bildirmişdi.



Әlaqәli Xәbәrlәr