Әfqanıstan ABŞ-dan D.Trampın fikirlәri ilә bağlı rәsmi açıqlama istәyib

Əfqanıstan hökuməti ABŞ prezidenti Donald Trampın Amerika Birləşmiş Ştatların Əfqanıstandakı müharibəni bir hәftәdә  uda biləcəklərinə dair sözlərindən sonra Vaşinqtondan məsələyə aydınlıq gətirməsini istəyib.

1241636

"Əfqanıstan və ABŞ arasındakı çoxşaxəli əlaqələri nəzərə alaraq, Əfqanıstan İslam Respublikası hökuməti diplomatik vasitələr və kanallar vasitəsi ilə ABŞ prezidentinin Pakistanın baş naziri ilə görüşdə verdiyi açıqlamalara aydınlıq gətirilməsini istəyir", - deyə Əfqanıstan prezidentinin aparatının rəsmi saytında yerləşdirilən bəyanatda bildirilib.

Xarici qüvvənin ölkənin taleyini müəyyənləşdirməsinə icazə verilməyəcəyi vurğulanan bəyanatda bunlar qeyd edilib:"Xarici ölkә liderlәri  Əfqanıstanın taleyini müəyyənləşdirə bilmәz".

Açıqlamada  Əfqanıstanın dünya ölkələri və xüsusilə dә ABŞ-la olan münasibәtlәrinin  əməkdaşlıq və tərəfdaşlıq maraqlarına və qarşılıqlı hörmətə əsaslandığı qeyd olunub.

Xatırladaq ki,  dünən Pakistanın baş naziri İmran Xan ilə görüşü zamanı Tramp ABŞ-ın bir hәftәdә  Əfqanıstandakı müharibəni uda biləcəyini, ümumiyyətlə Əfqanıstanı Yer üzündən silə biləcəyini, ancaq 10 milyon insanı öldürmək istəmədiyini açıqlayıb.

Әlaqәli Xәbәrlәr