Bolqarıstandan veto qәrarı
Bolqarıstan prezidenti ABŞ-dan döyüş tәyyarәlәrinin alınması ilә bağlı qәrara veto qoydu.
Bolqarıstan prezidenti Rumen Radev Amerika Birləşmiş Ştatlarından 1,2 milyard dollar mәblәğindә 8 ədəd "F-16 Block 70" tipli döyüş tәyyarәlәrinin alınmasını nəzərdə tutan müqaviləyә veto qoydu.
Bolqarıstanın sabiq Hәrbi Hava Qüvvәlәrinin komandanı da olan Rumen Radev Bolqarıstanın bu tәyyarәlәri alacağı tәqdirdә uzun illәr әrzindә borc ödәyәcәyini vә müqavilәnin parametrlәri mövzusunda milli razılığın әldә olunmadığını bildirib. Bunun ciddi narahatlıqlara sәbәb olduğunu bildirәn Rumen Radev qeyd edib ki, veto qәrarına sәbәb hәmçinin alınacaq tәyyarәlәrin kifayyәt qәdәr silah vә tәchizata malik olmamasıdır.
Qeyd edәk ki, qәrar yenidәn parlamentә tәqdim olunacaq.
Әlaqәli Xәbәrlәr
İsrail ordusu Livana ağır zərbələr endirib
İsrail ordusu Livanın cənubuna intensiv hava hücumu həyata keçirib.