Avropa İttifaqı kimlərə vətəndaşlıq verib?

Türkiyəlilərin ən çox vətəndaşlıq aldığı ölkə 50,2 % ilə Almaniya olub.

1241121
Avropa İttifaqı kimlərə vətəndaşlıq verib?

  Avropa İttifaqı (Aİ) ölkələri 2017-ci ildə 29 min 807 türkiyəliyə Aİ vətəndaşlığı verib.

  Türkiyəlilərin ən çox vətəndaşlıq aldığı ölkə 50,2 % ilə Almaniya olub.

  Avropa Statistika Mərkəzi - Eurostat 2017-ci ilə aid Aİ ölkələrinin vətəndaşlıq göstəricilərini açıqlayıb. Məlumata görə, Aİ ölkələri 2017-ci ildə 825 min 447 nəfərə vətəndaşlıq verib. Ən çox vətəndaşlıq verən ölkə 18 faizlə İtaliya sayılıb. İngiltərədə bu göstərici 15, Almaniya və Fransada 14, İsveç və İspaniyada isə 8 faiz olub.

  Məlumata görə, 2017-ci ildə 29 min 807 türkiyəli Aİ vətəndaşlığını alıb. Vətəndaşlıq alan türklərin 50,2 faizi Almaniya, 17,9 faizi Fransa, 10 faizi Hollandiya, 5,3 faizi İngiltərə, 16,6 faizi isə digər Aİ ölkələrinin hesabına olub.  

  Ən çox Aİ vətəndaşlığı alanlar isə 8 % ilə mərakeşlilər, 7 faizlə albanlar və hər biri 4 faizlə türkiyəlilər və hindlilər sayılıb.



Әlaqәli Xәbәrlәr