Tramp İranın əlində CİA-ya casusluq edən şəxslərin olması ilə bağlı iddianı təkzib etdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp İranın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) casusluq edən bəzi agentləri tutub bəzilərini da edam etməsi ilə bağlı yayılan iddianı təkzib etdi.

1240559

 Donald Tramp bununla bağlı "Twitter" hesabından verdiyi açıqlamada  İranın əlində Mərkəzi Kəşfiyyat İdarəsi üçün casusluq edən bəzi şəxslərin olduğu barəsində məlumatın doğru olmadığını bildirdi.

 Tramp açıqlamasında bunları qeyd etdi: " İranın Mərkəzi Kəşfiyyat İdarəsinin agentlərini ələ keçirməsi ilə bağlı xəbər tamamilə səhvdir. Qətiyyən həqiqəti əks etdirmir.  Çox uğursuz olan və nə edəcəyini bilməyən dini lider tərəfindən ortaya atılan yeni bir yalan və təbliğatdır. Eynilə pilotsuz uçan aparatın vurulması hadisəsi kimi. İranın iqtisadiyyatı ölü vəziyyətdədir  və daha da pisləşir. İran tam bir qarışıqlıq içindədir".

 Qeyd edək ki, İran Kəşfiyyat Nazirliyi əllərində ABŞ-a casusluq edən 17 şəxsin olduğunu, bunlardan bəzilərinin də edam cəzasına məhkum edildiyini bildirib.

 Nazirlik 17 iyun tarixində nəzarətə alınan sözügüdən casusluq şəbəkəsi üzvlərindən bəziləri məhkəmə tərəfindən "fəsad törətmək" ittihamı ilə edam cəzasına məhkum edildiyini qeyd edib.

Әlaqәli Xәbәrlәr