Rusiya bu ölkəyə sanksiya tətbiqinə son qoydu

Rusiya Eritreya  respublikasına  tətbiq  etdiyi   iqtisadi sanksiyaları ləğv etmək qərarına gəlib.

1240914
Rusiya bu ölkəyə sanksiya tətbiqinə son qoydu

Rusiya Dövlət Başçısı Vladimir Putinin imzaladığı sərəncama  görə  Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 14 noyabr 2018-ci il tarixində qəbul  etdiyi  2444 saylı qətnamə çərçivəsində, 2010-cu ildən bəri  qüvvədə olan iqtisadi  sanksiya   qərarı ləğv  edildi. 

Xatırladaq ki, Rusiya 2010-cu ildə Eritreyaya  iqtisadi  sanksiya  və  2013-də  isə   silah embarqosu  tətbiqinə   başladı. Ancaq  2018-ci  ildə   BMT Təhlükəsizlik   Şurası   adı  çəkilən  ölkəyə silah  və  səyahət  embarqosu  tətbiqini    ləğv  etdi.  Qərar  Afrika Burnu ölkələri Efiopiya və Eritreya arasında 20 il  davam  edən    qarşıdurmanı  sona  çatdıran sülh  razılaşması  imzalandıqdan sonra   qəbul  edildi.   

BMT  Təhlükəsizlik  Şurası  2009-cu ildən"Somalidə Əl-Qaidə ilə əlaqəli Əş-Şabab terror təşkilatını   dəstəklədiyinə  dair  iddialara  görə  sanksiya tətbiq edirdi.



Әlaqәli Xәbәrlәr