Cənubi Koreyadan Rusiya qırıcısına xəbərdarlıq atəşi

Cənubi Koreya hava məkanını pozduğunu irəli sürdüyü Rusiya qırıcı təyyarəsinə xəbərdarlıq atəşi edib.

1240582
Cənubi Koreyadan Rusiya qırıcısına xəbərdarlıq atəşi

"Yonhap"ın Cənubi Koreya Müdafiə Nazirliyinə istinad etdiyi xəbərində 3 Rusiya döyüş təyyarəsinin Koreyanın Hava Hücumundan Müdafiə Zonasına daxil olduğu bildirilib. Nazirliyin açıqlamasında təyyarələrdən birinə hava məkanını pozduğu üçün xəbərdarlıq atəşi edildiyi, iki Çin təyyarəsinin də havadan müdafiə zonasına daxil olduğu yazılıb. Açıqlamada Çin və Rusiyanın qanun pozuntuları ilə bağlı rəsmi şikayətlərin olacağı vurğulanıb.

  Cənubi Koreyalı bir səlahiyyətli Rusiya və Çin təyyarələrinin hava hücumundan müdafiə zonasına qəsdən daxil olub-olmadığının hələ məlum olmadığını söyləyib.

 



Әlaqәli Xәbәrlәr