ABŞ təyyarəsi Venesuelanın hava məkanını pozub

ABŞ silahlı qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi Venesuelanın hava məkanını pozub.

1240614
ABŞ təyyarəsi Venesuelanın hava məkanını pozub

Venesuela mətbuatının məlumatına görə informasiya, turizm və mədəniyyət məsələləri üzrə vitse-prezident Jorge Rodriqes ABŞ hərbi qüvvələrinin "Lockheed EP-3" tipli kəşfiyyat təyyarəsinin cümə günü (19 iyul) Karib dənizi üzərində ölkənin hava məkanını pozduğunu açıqlayıb. Amerika təyyarəsinin dərhal tarayektoriyasını dəyişərək geri döndüyü ifadə edilən açıqlamada “ABŞ-ın bu cür təxribatı şiddətlə qınanılır və Venesuela Silahlı Qüvvələri xalqının dincliyini, sabitliyini müdafiə etməyə davam edəcək" deyilib.



Әlaqәli Xәbәrlәr