Hollandiyada əcnəbilərə qarşı ayrı-seçkilik
Hollandiyada iş müraciətlərində əcnəbilərə qarşı ayrı-seçkilik tətbiq olunur.

Hollandiyada iş müraciətlərində əcnəbilərə qarşı ayrı-seçkilik tətbiq olunur.
Ən çox Türkiyə və Mərakeş əsillilərin və Karib hövzəsində Niderland Krallığına aid adalardan ölkəyə gedənlərin müraciətlərinə məhəl qoyulmadığı, namizədlərin çağırılmadığı təsdiq edildi.
Bir tədqiqat işi çərçivəsində müxtəlif sahələrdəki firmalara uydurulmuş miqrant adları ilə 4 min iş müraciəti edildi.
Müraciət edənlərin 35 etnik mənşədən, 23-25 yaşlarında, təhsil səviyyəsi yüksək və Hollandiya pasportu olduqları bildirildi.
Nəticədə xarici əsillilərin görüşə çağırmaq şansının 30 faiz daha az olduğu ortaya çıxdı.
Ən çox isə Orta Şərq, Afrika və Latın Amerikasından olan insanlara qarşı diskriminativ münasibət sərgilənir.
Qərb əsillilərin iş görüşünə çağırılma şansının qərbli olmayan miqrantlara görə 20 faiz daha çox olduğu bildirildi.
Tərcümeyi-hala əlavə olunan transkriptlər, və ya müəyyən bacarıqların vurğulanması kimi daha çox məlumatların ayrı-seçkilik məsələsini həll etmədiyinə diqqət çəkildi.
Dövlət İctimai Televiziyası keçən il yanvar ayında yayımlanan bir proqramda ölkədəki məşğulluq bürolarının yarısının sifarişçi istəyi ilə Türkiyə, Mərakeş və Suriyadan olanların müraciətlər siyahısından çıxardığı müəyyən olundu.
Әlaqәli Xәbәrlәr

Niqeriyada qarşıdurma nәticәsindә hәyatını itirәnlәrin sayı 19 nәfәrә çatıb
Nigeriyanın Qombe әyalәtindә iki etnik qrup arasında qarşıdurma olub.