Amerika Birlәşmiş Ştatları İrana mәxsus PUA-nı vurdu

Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Tramp  Hörmüz boğazında İrana aid pilotsuz uçan aparatını  (PUA) vurduqlarını bildirib.

1239030
Amerika Birlәşmiş Ştatları İrana mәxsus PUA-nı vurdu

 

Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Tramp  Hörmüz boğazında İrana mәxsus pilotsuz uçan aparatı (PUA) vurduqlarını bildirib.

Ağ Evdə açıqlama verәn Donald Tramp Hörmüz boğazında Amerika Birlәşmiş Ştatlarının Hәrbi Dəniz Qüvvələrinə məxsus ‘‘USS Bokser’’ adlı  desant  gəmisinә tәhlükә yaradacaq sәkildә yanaşan pilotsuz uçan aparatı vurduqlarını deyib.

ABŞ Prezidenti Donald Tramp İrana mәxsus PUA-nın ABŞ gәmisinin 900 metrliyindә vurulduğunu açıqlayıb.

İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif  Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ilә keçirdiyi görüşdәn  әvvәl BMT-nin mәrkәzi qәrargahında Donald Trampın  sözügedən açıqlamasını qiymәtlәndirib.

Məhəmməd Cavad Zərif bildirib ki,   PUA-mızın vurulduğu ilә bağlı mәlumatımız yoxdur.



Әlaqәli Xәbәrlәr