ABŞ İrana məxsus pilotsuz uçuş aparatını vurub

ABŞ Prezidenti Donald Tramp bu barədə məlumat yayıb. Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında İrana məxsus PUA-nı vurub.

1238604
ABŞ İrana məxsus pilotsuz uçuş aparatını vurub

Tramp qeyd edib ki, kəşfiyyat aparatı ABŞ-ın Fars körfəzində üzən gəmisindən təqribən 900 metr məsafədə olub. Bu da hərbçilər üçün təhlükə yaradıb.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT Baş katibi Antonio Quterres ilə görüşməzdən əvvəl, Trampın pilotsuz uçuş aparatını vurduqlarına dair jurnalistlərə verdiyi açıqlamada Hadisə ilə bağlı məlumatlarının olmadığını bunu Trampın iddia etdiyini bildirib.

İran xarici işlər nazirinin müavini Abbas Arakçı da sosial media hesabından yaydığı açıqlamada İranın PUA itkisinin olmadığını ifadə edərə Trapmın iddiasını təkzib edib.



Әlaqәli Xәbәrlәr