Jens Stoltenberg: “Türkiyə NATO-nun  əhəmiyyətli  müttəfiqidir”

NATO-nun baş katibi Jens Stoltenberg, alyansın Türkiyə ilə əməkdaşlığı “F-35”-dən daha əhatəli olduğunu bildirib.

1237551
Jens Stoltenberg: “Türkiyə NATO-nun  əhəmiyyətli  müttəfiqidir”

Jens Stoltenberg, Aspen İnstitutunun başçılığında ABŞ-nın Colorado əyalətində təşkil edilən növbəti təhlükəsizlik konfransında Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini satın alması ilə əlaqəli prosesi yaxından izlədiklərini, tərəflərlə mövzu haqqında fikir mübadiləsi etdiklərini ifadə edərək: “Ölkələr müdafiə sistemlərinin tədarükü mövzusunda sərbəstlər. Əsas məsələ bu sistemlərin Nato sistemlərinə uyğun olub-olmadıqlarıdır. Türkiyənin aldığı “S-400”-lər NATO-nun hava müdafiə sisteminə inteqrasiya olmayacaq. Səbəbi isə bunların bir arada işləyən sistemlər olmamasıdır. Onsuz da Türkiyənin belə bir tələbi də olmayıb. Türkiyənin NATO-ya dəstəyi və alyansın Türkiyə ilə əməkdaşlığı “F-35”-lərdən daha əhatəlidir. Terror təşkilatı DEAŞ-a qarşı mübarizədə əhəmiyyətli müttəfiqlərimizdən hesab edilən Türkiyə Balkanlar, Kosovo və Əfqanıstanda da NATO-nun bir çox əməliyyatına dəstək təmin edir. Türkiyənin ABŞ-dan Patriot sistemlərini və ya Eurosamdan raket sistemlərini satın almaq üçün əhəmiyyətli danışıqlar aparmaqda davam edir.

 



Әlaqәli Xәbәrlәr