ABŞ Meksika ilə sərhədə əlavə hərbçilər göndərdi

Amerika Birləşmiş Ştatları Meksika sərhədinə təhlükəsizliyi təmin etmək üçün 2 min 100 əlavə hərbçi göndərəcək.

1237785
ABŞ Meksika ilə sərhədə əlavə hərbçilər göndərdi

Amerika Birləşmiş Ştatları Meksika sərhədinə təhlükəsizliyi təmin etmək üçün 2 min 100 əlavə hərbçi göndərəcək.
 
 ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) bununla bağlı verilən  açıqlamada ABŞ-Meksika sərhədində təhlükəsizliyə dəstək vermək üçün ABŞ ordusundan 1100 şəxsi heyətin və Texas Milli Qvardiyasından min əsgərin sərhədə yerləşdiriləcəyi bildirildi.
 
 Açıqlamada federal ordu mənsublarının havadan nəzarət, logistika və inzibati dəstək kimi vəzifələri icra edəcəyi, milli qvardiyaçıların isə müvəqqəti yetkin köçkün məskunlaşma mərkəzlərinin yerləşdiyi sərhəd qəsəbələri Donna və Tronillodakı Gömrük və Sərhəd Mühafizə İdarəsinin şəxsi heyətinə dəstək verəcəyi qeyd olunur.
 
 Əlavə hərbçilərin göndərilməsinə dair qərar  müdafiə naziri vəzifəsini icra edən  Riçard V. Spenser tərəfindən təsdiq olunub.
 
 ABŞ-ın Meksika ilə sərhədində 2 min 500 federal ordu mənsubu və Milli Qvardiyanın 2 min hərbçisi vardır.



Әlaqәli Xәbәrlәr