Donald Tramp: "Türkiyə ilə yaxşı münasibətlərimiz var"

Tramp bunu Ağ Evdə kabinet toplantısında Türkiyənin ötən həftə Rusiyadan S-400 zenit-raket kompleksini almağa başlamasına dair  verdiyi açıqlamalar zamanı söylədi.

Donald Tramp: "Türkiyə ilə yaxşı münasibətlərimiz var"

Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Tramp: "Türkiyənin bizə münasibəti çox yaxşıdır. İndi isə onlara Rusiyadan raket sistemi almaq məcburiyyətində qaldıqları üçün bu f-35-ləri sata bilməyəcəyimizi deyirik. Bu vəziyyət üzərində çalışırıq, nələr olacağını görəcəyik" dedi.

  Tramp bunu Ağ Evdə kabinet toplantısında Türkiyənin ötən həftə Rusiyadan S-400 zenit-raket kompleksini almağa başlamasına dair  verdiyi açıqlamalar zamanı söylədi.

 Sabiq ABŞ prezidenti Barak Obama dövründə Türkiyəyə "Patriot" satılmamasını tənqid edən Tramp Türkiyənin buna görə  Rusiyadan S-400 almağa yönəldiyini vurğuladı.

 Türkiyə ilə məsələ ilə əlaqədar danışdıqlarını dilə gətirən Tramp bunları bildirdi: "Açığı, Türkiyə ilə yaxşı münasibətlərimiz var. Lakin bu, çox mürəkkəb bir vəziyyətdir. Obama rəhbərliyi onlara "Patriot" raketlərini satmadı. Türkiyə bu raketləri satın almaq üçün çox çalışdı, amma satmadılar. Bundan sonra Türkiyə Rusiyadan raketlər aldı. Daha sonra Türkiyəyə: "Sizə "Patriot"ları satacağıq" dedilər, amma o zaman Türkiyə onsuz da Rusiya ilə müqavilə imzalamışdı və ciddi bir məbləğdə ödəniş də etmişdi, çünki buradan almalarına icazə verilməmişdi. Türkiyə NATO üzvüdür. 100-dən  çox F-35  sifariş verdilər, daha çoxunu almağı da planlaşdırmışdılar".

 Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğan ilə yaxşı əlaqələri olduğunu bildirən Tramp: "Türkiyənin bizə münasibəti çox yaxşıdır. Yaranmış vəziyyət onlar üçün çox çətindir. Bizim üçün də bu vəziyyət çox çətindir. Vəziyyət üzərində işləyirik" dedi.

 Donald Tramp  F-35 təyyarələrinin istehsalçısı Lockheed Martinin bu vəziyyətdən razı qalmadığını da qeyd etdi,  çünki bunun firma üçün minlərlə iş yeri mənasına gəldiyini vurğuladı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr