“İran nüvə razılaşması yenidən həyata keçirə bilər”

İranın nüvə razılaşmasını yenidən həyata keçirməsi üçün lazımlı  addımları  atacayıq.   Bu  barədə Avropa  İttifaqının  xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini  açıqlama  verib.

1236217
“İran nüvə razılaşması yenidən həyata keçirə bilər”

Moqerini Belçikanın paytaxtı    Brüsseldə  baş  tutan  Avropa  İttifaqının   Xarici Əlaqələr Şurasının iclasından sonra təşkil  edilən  mətbuat konfransında İranın nüvə razılaşmasını  yenidən  həyata  keçirməsinə  münasibət  bildirib. O: “Avropa  İttifaqına   üzv  ölkələrin nazirlərinin  iştirakı   ilə   keçirilən   yığıncaqda  İranın nüvə razılaşmasını qorumaq və həyata keçirmək üçün   atılası   addımlar   müzakirə  edildi.  Razılaşmanın  yenidən   tətbiqi  üçün    lazımlı  addımları  atacayıq.   Nüvə müqaviləsinə   tərəf  ölkələr  Tehranın pozuntularını  əhəmiyyətli    uyğunsuzluq hesab etmir. İran nüvə razılaşması  ilə  bağlı   qəbul  etdiyi  qərarlardan  imtina  eetməsi mövusunda  qane  edilə  bilər”-deyə   Moqarini    bildirib. 

Qeyd  edək  ki,  İran Xarici işlər nazirinin müavini Abbas Arakçı 8 Mayda    verdiyi  açıqlamada  nüvə razılaşması  ilə  bağlı   vədlərə   əməl  edilmədiyinə  görə  uranı   zənginləşdirmə fəaliyyətlərinin  artırılacağını bildirdi.   



Әlaqәli Xәbәrlәr