Federika Moqerini 15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar açıqlama verib
Moqerini Aİ-yә üzvü ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Belçikanın paytaxtı Brüsseldə keçiriləcək Xarici Əlaqələr Şurasının iclasında çıxış edib.

Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Federika Moqerini Fetullahçı Terror Təşkilatının hәyata keçirdiyi xain çevriliş cəhdinin üçüncü ildönümü ilә әlaqәdar açıqlama verәrәk Türk xalqı ilә hәmrәy olduqlarını bildirib.
Moqerini Aİ-yә üzvü ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Belçikanın paytaxtı Brüsseldə keçiriləcək Xarici Əlaqələr Şurasının iclasında çıxış edib.
Federika Moqerini qısa müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilә Şәrqi Aralıq dәnizindәki qazma fәaliyyәtlәrini müzakirә etdiklərini bildirib.
‘‘Türk xalqı ilә hәmrәy olduğumuzu ifadә etmәk istәyirәm. Bu gün xain çevriliş cәhdinin üçüncü ildönümüdür. Hamımız o günü vә gecәni çox yaxşı xatırlayırıq’’,-deyә Federika Moqerini qeyd edib.