Böyük Britaniya Fars körfəzini ikinci gəmisini göndərir

Böyük Britaniya hökumətinin yaxın vaxtlarda Fars körfəzinə ikinci gəmi göndərmək niyyətində oluduğunu açıqlaması İran ilə gərginliyi artırdı.

1234932
Böyük Britaniya Fars körfəzini ikinci gəmisini göndərir

 Böyük Britaniya gəminin nə vaxt göndəriləcəyinə dair məlumat verməyib.

Sky News telekanalının xəbərinə görə Artıq körfəzdə olan “Montrose” freqatına Qara dənizdə NATO təlimlərində iştirak edən “Duncan” gəmisi də qoşularaq dəstək verəcək. Bundan əvvəl CNN İran İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus olduğu güman edilən beş ədəd katerin Hörmüz boğazında Böyük Britaniyaya məxsus tankeri saxlamağa cəhd göstərməsi barədə xəbər vermişdi. Həmin hadisədən sonra Böyük Britaniya və İran hökumətləri rəsmi açıqlamalar yaymışdılar. İran Hörmüz boğazında Britaniyaya məxsus neft tankerinin dayandırıldığına dair iddiaların doğru olmadığını bildirmiş və Fars körfəzində vəzifəli İran Dəniz mühafizəçilərinin son 24 saatda heç bir xarici gəmiyə təsadüf etmədiyini açıqlamışdı.

 



Әlaqәli Xәbәrlәr