Donald Tramp vә Binyamin Netanyahu arasında telefon danışığı olub

Amerika Birlәşmiş Ştatları prezidenti Donald Tramp  ilә İsrail baş naziri Binyamin Netanyahu İran mәsәlәsini müzakirә ediblәr.

1234540
Donald Tramp vә Binyamin Netanyahu arasında telefon danışığı olub

 

Amerika Birlәşmiş Ştatları prezidenti Donald Tramp  ilә İsrail baş naziri Binyamin Netanyahu İran mәsәlәsini müzakirә ediblәr.

Ağ Evin mәtbuat katibinin müavini Jadd Der Tramp-Netanyahu görüşü ilә bağlı yazılı açıqlama verib.

‘‘Prezidenti Donald Tramp vә İsrail baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub. Liderlәr İran mәsәlәsi başda  olmaqla  ABŞ ilә İsrail arasındakı әmәkdaşlıq imkanlarının artırılmasını mövzularını  müzakirә ediblәr’’,-deyә Jadd Der qeyd edib.

Amerika Birlәşmiş Ştataları ilә İtan arasında münasibәtlәrin gәrginlәşdiyi bir vaxtda  İran rәhbәrliyi nüvә müqavilәsindә yer alan zәnginlәşdirilmiş uran ehtiyat miqdarını artıracağını elan etmişdi. ABŞ rәhbәrliyi isә  bu qәrara sәrt şәkildә reaksiya göstәrmişdi.



Әlaqәli Xәbәrlәr