ABŞ Venesuelanın Hərbi Kəşfiyyat Direktorluğuna sanksiya tətbiq edəcək

Amerika Birləşmiş Ştatları Venesuelanın Hərbi Kəşfiyyat Direktorluğuna sanksiya tətbiq etmək barəsində qərar qəbul etdi.

1234515
ABŞ Venesuelanın Hərbi Kəşfiyyat Direktorluğuna sanksiya tətbiq edəcək

Amerika Birləşmiş Ştatları Venesuelanın Hərbi Kəşfiyyat Direktorluğuna sanksiya tətbiq etmək barəsində qərar qəbul etdi.

 ABŞ Xəzinə Nazirliyindən verilən açıqlamada Xarici Fondlara Nəzarət Ofisinin Venesuelada dövlət başçısı Nikolas Maduro rəhbərliyinə qarşı çevriliş təşəbbüsündə günahlandırılan təqaüddə olan hərbçi Rafael Akosta Arevalonun həbsdə verilən işgəncə nəticəsində vəfat etməsindən sonra  bu ölkənin Hərbi Kəşfiyyat Direktorluğuna də sanksiyalar  tətbiq etmək barəsində qərar qəbul etdiyi bildirildi.

 Akostanın faciəvi ölümünün qəbuledilməz olduğu vurğulanan açıqlamada ABŞ-ın Maduro rejiminin müxalifləri dəf etmək məqsədilə həyata keçirdiyi qeyri-insani rəftarlara son verməyə qərarlı olduğu qeyd edildi.

Qeyd edək ki,  Maduro hökumətinə qarşı dövlət çevrilişinə cəhd göstərmək ittihamı ilə həbs olunan Hərbi Dəniz Qüvvələrinin təqaüdçü  hərbçisi Arevalonun həbsdə işgəncə nəticəsində öldüyü ortaya çıxıb.

Məhkəmə iclasından sonra çatdırıldığı xəstəxanada həyatını itirən təqaüdçü hərbçinin cəsədinin autopsiyası zamanı onun bədənində çoxsaylı işgəncə izi müəyyən edilib.

 



Әlaqәli Xәbәrlәr