ABŞ dövlәt katibi Qәtәr Әmiri ilә ikitәrәfli münasibәtlәri müzakirә edib

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo  ilә Qәtәr Әmiri  Şeyx Tәmim bin Hәmmad Әl Sani ilә görüşüb.

1233724
ABŞ dövlәt katibi Qәtәr Әmiri ilә ikitәrәfli münasibәtlәri müzakirә edib

 

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo  ilә Qәtәr Әmiri  Şeyx Tәmim bin Hәmmad Әl Sani ilә görüşüb. Görüşdә ikitәrәfli münasibәtlәr ilә yanaşı, İran vә regional mövzular gündәmә gәlib.

Bu barәdә ABŞ Dövlәt Departamentinin mәtbuat katibi Morqan Ortaqus mәlumat verib.

Ortaqus bildirib ki, nazir Mayk Pompeo  göstәrdiyi tәrәfdaşlığa vә dostluğa görә Qәtәr Әmirinә tәşәkkür edib. Morqan Ortaqus hәmçinin tәrәflәrin Sudan,Liviya vә Әfqanıstan daxil olmaqla  bәzi kritik regional mövzuları müzakirә etdiklәrini deyib.

Qeyd edәk ki, Qәtәr Әmiri ötәn gün ABŞ prezidenti Donald Tramla Ağ Evdә  bir araya gәlmişdi. Tәrәflәr iki ölkә arasında әmәkdaşlığa dair beş müqavilә imzalamışdılar.



Әlaqәli Xәbәrlәr