Qәtәr ilә ABŞ arasında әmәkdaşlığa dair beş müqavilә imzalanıb

Qətər  Amerika Birləşmiş Ştatlarından ‘‘Patriot’’ raket sistemi alacaq.

Qәtәr ilә ABŞ arasında әmәkdaşlığa dair beş müqavilә imzalanıb

 

Qətər  Amerika Birləşmiş Ştatlarından ‘‘Patriot’’ raket sistemi alacaq.

ABŞ Prezidenti Donald Tramp ilə Qətər Əmiri Şeyx Təmim bin Həmmad  Әl Sani arasında baş tutan görüşdә  iki ölkə arasındakı iqtisadi və hərbi əməkdaşlığın güclәndirilmәsi mәsәlәsinin qiymәtlәndirildiyi bildirilib.

Qətər Əmiri Şeyx Təmimi Ağ Evdə qәbul edәn Donald Tramp iki ölkә arasındakı  münasibətlərini qiymətləndirib.

Şeyx Təmimi "gerçək lider" adlandıran Donald Tramp iki ölkə arasındakı  münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyib.

Qətərin ABŞ-a ciddi sərmayələr yatırdığını  bildirən Tramp deyib:" Qətərdə hərbi mövcudluğumuzu davam etdiririk. Dünyadakı ən böyük hərbi bazalardan birini inşa etdilər. Sizinlә  işləmək həqiqətən böyük bir şərəfdir".

Qətər Əmiri də Trumpa göstərdiyi diqqətə görə təşəkkür edərək bildirib ki, iki ölkә arasındakı  iqtisadi tərəfdaşlıq 185 milyard dolları keçib. Bunu artırmağı  planlaşdırırıq.

Şeyx Təmim  ABŞ-ın Körfəzdəki ən mühüm hərbi bazalarından biri olan  ‘‘El-Udeyd’’ hәrbi hava bazasına baş çәkmәsi  üçün Trampı Qətərə dəvət edib.

Ağ Ev  Tramp ilə Şeyx Təmimin 5 müqaviləyə imza atıldıqlarını açıqlayıb.

Müqavilələr çərçivəsində Qətər ABŞ-dan  5 Boeing 777 ‘’Freighters’’ tәyyarәlәri  ilә yanaşı,  NASAM və Patriot raket sistemləri dә alacaq.



Әlaqәli Xәbәrlәr