Hindistan ABŞ mәhsullarına әlavә gömrük vergisi tәtbiq edir

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp  Hindistanın ABŞ mәhsullarına  gömrük vergisi tәtbiq etmәsinә imkan vermәyәcәklәrini bildirib.

1233076
Hindistan ABŞ mәhsullarına әlavә gömrük vergisi tәtbiq edir

 

 

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp  Hindistanın ABŞ mәhsullarına  gömrük vergisi tәtbiq etmәsinә imkan vermәyәcәklәrini bildirib.

Donald Tramp bu barәdә şәxsi ‘‘Twitter’’ sәhifәsindә yazıb.

‘‘Hindistan ABŞ mәhsullarına gömrük vergisi tәtbiq edәrәk çox yaxşı gәlir әldә etdi. Artıq bunu gәbul edә bilmәrik’’,-deyә ABŞ prezidenti qeyd edib.

Donald Tramp ilә Hindistan baş naziri Narendra Modi  keçәn ay  Yaponiyanın Okasa şәhәrindә tәşkil edilәn ‘‘böyük iyirmilik’’ ölkәlәri sammitindә görüşmüşdülәr.

Görüşdәn әvvәl açıqlama verәn Donald Tramp Hindistanın ABŞ mәhsullarına tәtbiq etdiyi gömrük vergisini gәbul etmәdiklәrini bildirsә dә, görüşdә ‘‘Ticarәt mәsәlәlәrindә birgә fәaliyyәt aparacağıq’’ demişdi.

Hindistan Vaşinqton rәhbәrliyinin inkişaf etmәkdә olan ölkәlәrә tәqdim etdiyi Ümumilәşdirilmiş Üstünlüklәr Sistemindәn  (ÜÜS) bu ayın әvvәlindә çıxdığını bәyan etmişdi.

Belәliklә Hindistan ABŞ-dan idxal olunan 28 mәhsula әlavә gömrük vergisi tәtbiq etmәyә başlamışdı.

İki ölkә arasındakı әlaqәlәrin ABŞ-ın S-400 vә İran mәsәlәsindәki mövqeyinә görә  gәrginlәşdiyi bildirilir.



Әlaqәli Xәbәrlәr