ABŞ “Hizbullah” hərəkatının üç üzvünü sanksiya siyahısına saldı

ABŞ Maliyyə Nazirliyi Livanın "Hizbullah" hərəkatının üzvləri olan parlament deputatlarına sanksiya tətbiq edib.

1233089
ABŞ “Hizbullah” hərəkatının üç üzvünü sanksiya siyahısına saldı

Bu barədə Maliyyə Nazirliyi rəsmi açıqlama yayıb. "Livan parlamentinin deputatları Amin Şem və Məhəmməd Həsən Rad sanksiya tətbiq olunanlar siyahısına daxil edilib", - deyə rəsmi açıqlamada diqqətə çatdırılıb. Qeyd olunub ki, "Hizbullah" hərəkatının rəsmilərindən olan Vafiq Səfaya qarşı da sanksiya tətbiq olunacaq.

Sanksiya qərarına görə siyahıya salınan şəxslərin ABŞ-na daxil olmaları qadağandır. Həmçinin bu şəxs və şirkətlər ilə əlaqəsi olanlar da sanksiya tətbiqinə  tabe  tutulurlar

Qeyd edək ki, ABŞ 2017-ci ildən etibarən 50-dən çox Hizbullah üzvünü sanksiya siyahısına salıb.

 



Әlaqәli Xәbәrlәr