Nikolas Maduro BMT-nin rәsmisini tәnqid edib

Venesuela prezidenti Nikolas Maduro  Birləşmiş Millətlər Tәşkilatının İnsan Hüquqları üzrә ali  komissarı Mişel Baçeletin ölkəsi ilә bağlı hazırladığı  hesabatın yalandan ibarәt  olduğunu söylәyib.

1232896

Nikolas Maduro paytaxt Karakasda Hindistanın xoşmәramlı sәfiri vә ruhani lideri Sri Sri Ravi Şankarla keçirdiyi görüşdәn sonra baş tutan mәtbuat konfransında Mişel Bacheletin hazırladığı hesabatı sәrt sözlәrlә  tәnqid edib.

Maduro deyib: ‘‘Hesabat yalan, manipulyasiyalar vә yanlış mәlumatlarla doludur’’.

Nikola Maduro müxalifәt nümayәndәlәri ilә keçirilәcәk növbәti danışıqlardan әvvәl açıqlanan hesabatı ‘‘imperialis qüvvәlәrin müdaxilәsi’’ adlandırıb.

Maduro bu növ müdaxilәlәrin Venesuelaya zәrәr verә bilәcәyini sözlәrinә әlavә edib.

Әlaqәli Xәbәrlәr