Donald Tramp: ‘‘Qәtәr ABŞ-ın çox әhәmiyyәtli müttәfiqidir’’

Amerika Birlәşmiş Ştatlarında sәfәrdә olan Qәtәr Әmiri Şeyx Tәmim bin Hәmmad Әl Sani bu ölkәnin prezidenti Donald Trampla görüşüb.

1232457
Donald Tramp: ‘‘Qәtәr ABŞ-ın çox әhәmiyyәtli müttәfiqidir’’

 

 

Amerika Birlәşmiş Ştatlarında sәfәrdә olan Qәtәr Әmiri Şeyx Tәmim bin Hәmmad Әl Sani bu ölkәnin prezidenti Donald Trampla görüşüb.

Mәlumata görә, tәrәflәr ABŞ Xәzinә naziri Stiven Mnuçinin Qәtәr Әmirinin şәrәfinә verdiyi ziyafәtdә  bir araya gәliblәr.

Burada çıxış edәn Donald Tramp Qәtәrin ABŞ-a yatırdığı investisiyalara toxunub. Donald Tramp bildirib ki, Qәtәr  ABŞ-a yeni investisiyalar  da yatıracaq.

Qәtәr Әmiri ilә Ağ Evdә dә bir araya gәlәcәklәrini deyәn Donald Tramp iki ölkә arasındakı münasibәtlәrin normal olacağını  bildirib. Donald Tramp hәmçinin qeyd edib ki, Qәtәr  ABŞ-ın çox әhәmiyyәtli müttәfiqidir.

Qәtәr Әmiri isә öz növbәsindә iki ölkәnin müxtәlif sahәlәrdә әmәkdaşlıq etdiyini vurğulayıb. Qәtәr Әmiri bildirib ki, bu gün burada güclü iqtisadi tәrәfdaşlığımızı qeyd edirik. Tәәssüf ki, bölgәmizdә bizimlә hәmfikir olmayanlar var. ABŞ ilә Qәtәr güclü tәrәfdaş, müttәfiq vә dostdur.

Qeyd edәk ki, liderlәr  arasında bu gün Ağ Evdә keçirilәcәk görüşdә ikitәrәfli ticarәt vә hәrbi әlaqәlәr ilә regional tәhlükәsizlik mәsәlәlәrinin müzakirә olunması gözlәnilir.



Әlaqәli Xәbәrlәr