Almaniyada mәsciddә bomba hәyәcanı

Almaniyanın Köln şəhərində naməlum şəxsdən elektron poçt vasitəsilə Türk İslam Dini İşlər üzrə Birliyin yerlәşdiyi mәscidә  bomba qoyulması barədə məlumat daxil olub.

1232919
Almaniyada mәsciddә bomba hәyәcanı

 

Almaniyanın Köln şəhərində naməlum şəxsdən elektron poçt vasitəsilə Türk İslam Dini İşlər üzrə Birliyin yerlәşdiyi mәscidә  bomba qoyulması barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra məsciddəki dindarlar təxliyə edilib. Polis məscidin yerləşdiyi Ehrenfeld rayonundakı meydanı insanların hərəkəti üçün bağlayıb.

Buradakı Türk İslam Dini İşlər üzrə Birliyin (DİTİB) ofisinin əməkdaşları da təxliyə edilib.

Türk İslam Dini İşlər üzrə Birliyinin sәdri Kazım Türkmәn  mәsciddә aparılan axtarışlar nәticәsindә hәr hansı bir şeyin tapılmadığını, lakin son zamanlarda mәscidlәrә edilәn hücumların artdığını deyib.

Türkmәn bu hücumları edәnlәrin saxlanılmasının vacibliyini vurğulayaraq qeyd edib ki, polis lazımi tәdbirlәri görәcәk.



Әlaqәli Xәbәrlәr