ABŞ Tayvana silah satışına başlayır

ABŞ rəhbərliyi Tayvana 2,2 milyard dollarlıq silah satışına razılıq verib.

1232539
ABŞ Tayvana silah satışına başlayır

ABŞ Pentaqon yanında ABŞ Müdafiə Təhlükəsizlik Agentliyi (DSCA) Dövlət Departamentinin sözügedən silah satışlarına razılıq verməsiylə bağlı Konqresi məlumatlandırıb. Tayvanın 2,2 milyard dollar qarşılığında 108 ədəd M1A2T Abrams tankı və 250 Stinger raketi alması nəzərdə tutulur. Paketə çox sayda avtomat silah, sursat, Hercules zirehli müharibə texnikaları, ağır texnika daşıyıcıları və müvafiq dəstək avadanlıqlarının daxil olduğu bildirilib.

Agentiliyin məlumatında bildirilib ki, Tayvana planlaşdırılan satış ölkənin müdafiə imkanlarını artıracaq. Ancaq regionda əsas hərbi balansı dəyişdirməyəcək.

Qeyd edə ki, Çin tərəfindən ölkənin bir əyaləti kimi qəbul edilən Tayvanın əsas silah tədarükçüsü olan ABŞ, rəsmiyyətdə tanımamasına baxmayaraq bu ölkəyə müdafiə məqsədli silah satır.

Tayvan prezidentinin sözçüsü Chang Tun-han silah satışıyla əlaqədar yazılı açıqlamasında silah satın alma işinə fəallıq qazandıracaqlarını və ABŞ ilə hərbi əməkdaşlığı irili pillələrə qaldıracaqlarını vurğulayıb.

Satış danışıqlarının başlaması üçün Konqres 30 günə dədər etiraz bildirməməlidir. Həmin müddət sona çatdıqdan sonra ABŞ Tayvana satış planına dair təklifini təqdim edəbiləcək.



Әlaqәli Xәbәrlәr