Hollandiya və Almaniyada məscidlərə hücum təşkil edildi

Hollandiya İslam Federasiyası (NIF) yanında Milli Vizyon Tilburg Məscidinin şüşələri sındırılıb.

1232940
Hollandiya və Almaniyada məscidlərə hücum təşkil edildi

Hadisəni  törədən  təcavüzkar məscidin daxilində  təxribat  yaradıb. Tilburgda ilk dəfə belə bir hadisənin törədildiyini ifadə edən Məscid Vəqfinin Başçısı Rəcəb Alakuş polisə bildirilən hücumu qınadığını vurğulayıb.

Almaniyanın Karlsruhe şəhərində Diyanət İşləri Türk İslam Birliyinə bağlı Karlsruhe Mərkəzi məscidə də gecə radələrində hücum təşkil edilib. Diyanət İşləri Türk İslam Birliyindən yayılan açıqlamada hücum nəticəsində məscidin önündəki bayraq dirəklərindən biri sındırılıb və loqolu bayraq yandırılıb.



Әlaqәli Xәbәrlәr