Afrika Kontinental Azad Ticarət Zonası razılaşması imzalandı

Afrika Birliyinin 12-ci Fövqəladə Zirvə Toplantısı (AFB) Afrika ölkələri liderlərinin iştirakı ilə Nigerdə keçirildi.

1231807
Afrika Kontinental Azad Ticarət Zonası razılaşması imzalandı

Yerli mətbuatın məlumatına görə paytaxt Niameydə sıx təhlükəsizlik tədbirləri altında start götürən zirvə toplantısına iştirak edən ölkələrinin liderləri Afrika Kontinental Azad Ticarət Zonası razılaşması başda olmaqla ortaq valyutaya keçid, təhlükəsizlik və terrora qarşı mübarizə mövzusunu müzakirə ediblər.

Sammitə ev sahibliyi ədən Niger prezidenti Mahamadou Issoufou tədbirin açılış iclasında etdiyi çıxışında Afrika Kontinental Azad Ticarət Zonası razılaşmasının həyata keçirilməsi qitə ölkələrinin inkişafına töhfə verəcək deyib. O vurğulayıb ki, Afrika qitəsində ticarətdə rüsumların tədricən ləğv edilməsi halında şirkətlərin ticarət həcmi böyük nisbətdə artacaq.

Qeyd edək ki, zirvə toplantısının açılış mərasimindən bir qədər əvvəl Nigeriya, Benin, Qabon və Ekvatorial Qvineya Afrika Qitələrarası Azad Ticarət Sazişini təsdiq etdi.

Eritreya istisna olmaqla bütün Afrika ölkələrinin imzaladıqları Afrika Kontinental Azad Ticarət Zonası qitə daxilində gömrük rüsumlarının 90 faizə qədər azaltılmasına imkan yaradır.



Әlaqәli Xәbәrlәr