İsveç XİN rəhbəri: '1915-ci il hadisələrini soyqırım olaraq qəbul etməyimiz çətindir '

İsveç xarici işlər naziri Marqot Uollström 1915-ci il hadisələrini soyqırım olaraq qəbul etməmələrinin çətin olacağını bildirdi.

1231331
İsveç XİN rəhbəri: '1915-ci il hadisələrini soyqırım olaraq qəbul etməyimiz çətindir '

İsveç xarici işlər naziri  Marqot Uollström 1915-ci il hadisələrini soyqırım olaraq qəbul etmələrinin çətin olacağını bildirdi.

İsveç xarici işlər naziri Marqot Uollström ölkəsində fəaliyyət göstərən xarici media nümayəndələri ilə görüşdü.

Uollström görüşdə ' İsveç hökuməti 1915-ci il hadisələri ilə əlaqədar soyqırım iddialarını qəbul edəcəkmi?' sualına belə cavab verdi: ' 1915-ci il hadisələri ilə bağlı soyqırım iddialarını qəbul etməyimiz çətin görünür. Bir ölkənin soyqırım törətdiyini elan etmək üçün əlinizdə güclü dəlillər olmalıdır'.

Sözügedən iddiaları araşdırmaq üçün tarixçilərdən ibarət bir komissiya yaratdıqlarını xatırladan Uollström: ' Bu mövzuda bir nəticə əldə etmək çətindir. Çünki bu hadisələri yaşayan canlı insan yoxdur. Bəzi ölkələr bunu 'soyqırım' olaraq qəbul edib. Bunun o qədər də doğru olmadığını düşünürəm. Çünki belə bir qərar qəbul edildiyi zaman ardından bəzi addımlar atılmalıdır. Bu isə sizi daima bu məsələyə bağlı tutar' dedi.

Uollström Danimarkada Ramazan ayında iftar proqramına etiraz edən ifrat sağçıların Qurani-Kərimi yandırmaları hadisəsibarəsində bunları söylədi: 'Hər növ fanatizmə qarşıyam. Din üzərindən həyata keçirilən provokasiyalar olduqca təhlükəlidir. Bir-birimizlə danışmalı və birgəyaşayış mədəniyyətini inkişaf etdirməliyik'.

 



Әlaqәli Xәbәrlәr