Yaponiyada daşqın və torpaq sürüşməsi 2 nəfərin həyatına son qoydu

Yaponiyanın cənub-qərbində təsirli olan güclü yağışın səbəb olduğu daşğın və torpaq sürüşməsi nəticəsində 2 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.

1230482
Yaponiyada daşqın və torpaq sürüşməsi 2 nəfərin həyatına son qoydu

Yaponiyanın cənub-qərbində təsirli olan güclü leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşməsi nəticəsində 2 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.

“Kyodo” xəbər agentliyinin məlumatına görə, yerli xilaskarlıq dəstələri Kaqosima bölgəsində təsirli olan güclü leysan yağışlar səbəbindən həftənin əvvəlində Soo şəhərində baş verən torpaq sürüşməsində evi torpaq altında qalan 70 yaşlarında olan bir qadın həlak olub.

Yaponiyada “NHK” adlı yayım orqanının xəbərinə görə, Kaqosimadakı torpaq sürüşməsində yalnız yaşadığı evi zərər görən yaşlı daha bir qadın dünyasını dəyişib.

Kaqoshimada güclü leysan yağışlar səbəbindən 30-dan çox torpaq sürüşməsinin qeydə alındığı və ən az 5 nəfərin xəsarət aldığı bildirilib.

Yaponiyanın baş naziri Abe Şinzo təbii fəlakətlə əlaqədar açıqlamasında xilaskarlıq fəaliyyətləri üçün əlindən gələni yerinə yetirəcəyi vədini verib.



Әlaqәli Xәbәrlәr