Tramp İranı bir daha təhdid etdi

ABŞ prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uran ehtiyatı barədəki son addımına bir daha reaksiya göstərdi.

1229743
Tramp İranı bir daha təhdid etdi

ABŞ prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uran ehtiyatı barədəki son addımına bir daha reaksiya göstərdi.

Donald Tramp İran Prezidenti Həsən Ruhaninin uranın zənginləşdirilməsi ilə bağlı məhdudiyyətin tam olaraq aradan qaldırıla biləcəyi barədə xəbərdarlığına münasibət bildirərkən dedi ki, İran yeni xəbərdarlıq etdi. Ruhani nüvə razılaşmasının olmayacağı təqdirdə uranı zənginləşdirəcəklərini dedi. Bu təhdidlər geri qayıdıb sizi sanca bilər.

Qeyd edək ki, həftənin əvvəlində İran rəhbərliyi zənginləşdirilmiş uran limitini nüvə razılaşmasında göstərilən 300 kiloqramlıq limit sərhədindən yuxarı qaldırdığını açıqladı.

İranın yarı rəsmi xəbər agentliyi “Fars” rəsmi Tehranın 3,67 zənginləşdirilmiş uran səviyyəsini nüvə proqramına dair müqavilədə müəyyən edilən 300 kiloqram sərhədinə çıxardığı bildirilmişdi.

ABŞ prezidenti Trump bu açıqlamada qarşısında İrana "atəş ilə oynayırlar" ifadəsilə réaksiya göstərmiş, Ağ Ev və ABŞ Dövlət Departamenti də İranın qərarını ayrı-ayrı açıqlamalarla qınamışdı.



Әlaqәli Xәbәrlәr